Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 16:06
"Qarabağ"ın hücumçusu Mahir Emreli Premyer Liqanın 15-ci turunda "Səbail"lə səfər görüşündə komandasına qələbə qazandıran qolun müəllifi olub.
Qol.az xəbər verir ki, 22 yaşlı futbolçu komandanın kapitanı Rəşad Sadıqovla qol sevincini bölüşdüyü fotonu sosial şəbəkə hesabında paylaşıb və bu sözləri qeyd edib: "Beynimizdə nəsihətlərin, kürəyimizdə əlin olduqdan sonra bizə zaval yoxdur, böyük kapitan!"
Qeyd edək ki, Mahir bu mövsüm bütün turnirləri nəzərə almaqla 26 oyuna 8 qol vurub, 6 qolun ötürməsini edib.