Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu avtomobillər gömrük rüsumundan azad edilib

Bu avtomobillər gömrük rüsumundan azad edilib

Tarix: 4 Fevral 2020 19:58

Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.

Sonxeber.net bildirir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilməsi rüsumdan azad edilib.

Digər avtomobillər üçün isə 15 faiz gömrük rüsumu qüvvədə saxlanılıb.

Dəyişiklik İqtisadiyyat Nazirliyinin Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təkliflərinə əsasən qərara alınıb.


Etiketlər:  avtomobillər gömrük rüsumundan azad edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ