Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 20:44
PKK terror təşkilatı Suriyanın Afrin şəhər mərkəzində iki məktəbə və bir məscidə raket zərbələri endirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, nəticədə 1 şagird ölüb, 7-si yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, PKK-nın hücumu nəticəsində məktəb və məscid binasına ciddi ziyan dəyib.
Hücum zamanı 4 raketin atıldığı bildirilir.