Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zərif: Makedoniyalı İsgəndər, Çingiz xan kimi Tramp da İranı məhv edə bilməyəcək

Zərif: Makedoniyalı İsgəndər, Çingiz xan kimi Tramp da İranı məhv edə bilməyəcək

Tarix: 20 May 2019 17:28

Bakı. Elnur Bağışov - Trend:

Makedoniyalı İsgəndər, Çingiz xan və başqalarının İranı məhv edə bilmədikləri kimi, ABŞ prezidenti Donald Tramp da buna nail ola bilməyəcək.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif öz "Twitter" səhifəsində yazıb.

M.C.Zərif əlavə edib ki, iqtisadi terror “İranın sonuna” səbəb olmayacaq:

"Heç vaxt bir iranlını hədələməyin. Hörmətlə yanaşın, bu metod effektivdir".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində bildirmişdi ki, İran müharibə istəyirsə, bu rəsmən onların sonu olacaq:

"Heç vaxt ABŞ-ı hədələməyin".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Zərif Makedoniyalı İsgəndər Çingiz kimi Tramp İranı məhv edə bilməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ