Azərbaycan millisinin baş məşqçi vəzifəsinə namizədlərdən olan rusiyalı məşqçi Oleq Kononovun iş yeri müəyyənləşib.
Qol.az “Sport-express”ə istinadən xəbər verir ki, 53 yaşlı çalışdırıcı son Latviya çempionu "Riqa" ilə razılığa gəlib. Onun təyinatının sabah açıqlanması gözlənilir.
Qeyd edək ki, Kononov "Spartak", "Krasnodar", "Axmat", "Arsenal" (Tula) klublarını çalışdırıb.