Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 13:36
Bakı. Trend:
Bakı Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda aksiz markasız siqaretlərin və müxtəlif növ alkoqollu içkilərin realizə edilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən mənzildə məhkəmənin qərarı ilə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Baxış zamanı həmin mənzilin yataq otağından Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan 46100 ədəd müxtəlif markalı siqaretlər, mənzilin eyvanından isə 25 ədəd hər biri 1 litr olmaqla müxtəlif markalı spirtli içkilər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin