Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 18:42
Bakı. Trend:
Bulvar Oteldə Azərbaycan Kulinarlarının Konqresi keçirilib. Trend-in məlumatına görə, tədbirdə bu sahənin 300-dən çox mütəxəssisi, həmçinin müxtəlif şirkət və təşkilatların nümayəndələri bir araya gəlib.
Konqresin əsas mövzuları: “Qızıl Şah” kulinariya festivalının təqdimatı çərçivəsində Azərbaycanın ilk milli mətbəx çempionatının keçirilməsi, korporativ üzvlük imkanlarının təqdimatı, mütəxəssislər və tərəfdaşların çıxışları, habelə görülən işlər və 2020-ci il üçün planlar barədə hesabat. Qeyd etmək istərdik ki, keçən il ərzində Assosiasiya Azərbaycanı 9 ölkədə təmsil etdi, 2 çempionatdan qızıl və gümüş medallar qazana bildi, üç nümayəndəsini hakimlər üçün seminara göndərdi və eyni zamanda ölkənin ilk daxili çempionatını keçirdi. Assosiasiya yeni ildə tələbələr və beynəlxalq təşkilatlarla işləməyə daha çox diqqət ayırmağı, bir sıra əlamətdar tədbirlər keçirməyi və aşpazlar cəmiyyətini birləşdirmək üçün çalışmağı planlaşdırır.
"2018-ci ildə keçirilmiş ilk Konqresin nəticələri Assosiasiyanın yaradılması və ilk milli çempionat – “Chefs Cup”ın yaradılması oldu. Ancaq bu Konqresin nəticələri olaraq: gənc aşpazlar üçün təşkilatlar yaratmaq qərarı və islahatları görmək istəyimiz. Kulinariya təhsilindəki islahatlar, işçi-işəgötürən münasibətlərindəki islahatlar və təbii olaraq bir çox aşpazlar üçün iş şəraitində islahatlar "ı qeyd edə bilərik.
Assosiasiyanın fəaliyyəti haqqında daha ətraflı məlumatı https://chefs.az/ saytında əldə edə bilərsiniz.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin