Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polis koronavirusdan danışan həkimi saxladı

Polis koronavirusdan danışan həkimi saxladı

Tarix: 6 Fevral 2020 08:12

Çində yayılan ölümcül virusa görə hökumət bəzi ehtiyat tədbirləri görür. Buna görə də virus barədə məlumatların paylaşılmasını məhdudlaşdırıb. Məlumatı yayan şəxslərin cəzalandırılması da nəzərdə tutulub.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu səbəbdən Vuhanda çalışan və virus haqqında həqiqəti deyən həkimi polisə çağırıblar. "The New York Times"-ın məlumatına görə, oftalmoloq hələ keçən ilin sonlarında çatda yaxınlarına xəstəxanaya qəribə infeksiya ilə 7 nəfərin gəldiyini yazıb. Bundan sonra Li Venlyanı polisə çağırıblar. Onu yalan məlumat yaymaqda ittiham ediblər.

Məlumatları yaydığına görə, həkim üç gün polis şöbəsində saxlanılıb. Bundan sonra Venlyan yazdıqlarını təkzib etməyə məcbur olub.

Həkim Çin Səhiyyə Nazirliyinin nümayəndələrinə də cavab vermək məcburiyyətində qalıb.


Etiketlər:  Polis koronavirusdan danışan həkimi saxladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ