Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 19:00
Xalq artistləri Röya Ayxan və Miri Yusif növbəti duet layihələrini təqdim ediblər.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, hər iki məşhur bu dəfə "Sevgilim" adlı mahnını ifa edib. Sözügedən bəstənin müəllifi Jay Hun, aranjimanı Xalis Xana məxsusdur. Röya və Miri Yusif "Sevgilim"ə klip də çəkdiriblər.
Onlar bunun üçün rejissor Fərhad Əliyə müraciət ediblər. Ekran işi Qəbələnin Laza kəndində bir günə lentə alınıb. Layihənin baş prodüserləri Vüsal Rzazadə və Emin Əfəndi, icraçı prodüseri Cavid Əhmədovdur.
Klip bu gün Röyanın rəsmi "Youtube" kanalına yerləşdirilib.