Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2020-ci ildə təmir ediləcək yolların siyahısı açıqlandı

2020-ci ildə təmir ediləcək yolların siyahısı açıqlandı

Tarix: 6 Fevral 2020 20:36

2020-ci ildə Bakı şəhəri, Sumqayıt və Xırdalan şəhərlərində, həmçinin Abşeron rayonu ərazisində ilkin olaraq ümumi uzunluğu təqribən 330 km olan şəhər küçə və prospektləri, həmçinin qəsəbədaxili yollar və küçələr təmir olunacaq.

Bu barədə Sonxeber.net-a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, ümumi uzunluğu 157.7 km olan Xəzər (20 km), Sabunçu (15 km), Binəqədi (30km) və Abşeron (29.2 km) rayonlarının qəsəbədaxili yollarının, Suraxanı rayonunun Yeni Suraxanı (31.6 km) qəsəbəsinin yollarının, həmçinin Xırdalan (10.5 km) və Sumqayıt (21.4 km) şəhərlərinin küçələrinin və yaşayış massivlərinin yollarının təmiri davam etdirilir.

Bundan əlavə, dövlət investisiya proqramı çərçivəsində Bakı şəhərinin 12 rayonu üzrə ümumi uzunluğu 171.5 km olan qəsəbədaxili küçə və yolların təmiri işləri də aparılır:

- Xəzər r-nu - 34.4 km;

- Xətai r-nu - 23.8 km;

- Binəqədi r-nu - 16.1 km;

- Qaradağ r-nu - 15.45 km;

- Nərimanov r-nu - 9.15 km;

- Nizami r-nu - 4 km;

- Nəsimi r-nu - 8.27 km;

- Sabunçu r-nu - 22.54 km;

- Sabail r-nu - 8.79 km;

- Suraxanı r-nu - 17.94 km;

- Yasamal r-nu - 7.13 km;

- Pirallahı r-nu - 4 km.

2019-cu il ərzində Bakı şəhərində ümumi uzunluğu 301.5 km olan şəhər küçə və prospektləri, həmçinin qəsəbədaxili yollar və küçələr təmir edilib.


Etiketlər:  2020 ildə təmir ediləcək yolların siyahısı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ