Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada seçkilərlə bağlı yeni qayda tətbiq olunacaq

Fransada seçkilərlə bağlı yeni qayda tətbiq olunacaq

Tarix: 6 Fevral 2020 23:20

Fransanın Baş naziri Eduard Filip mart ayında keçiriləcək bələdiyyə seçkilərində qalib gəlməsə belə, vəzifəsində qalacaq. Respublika Prezidenti seçkilərin nəticələrinə görə hökumət üzvlərinin vəzifələrindən azad edilməsi ilə razılaşmır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu haqda hökumətin sözçüsü Sibeth Ndiaye Nazirlər Şurasının iclasından çıxışında deyib.

Qeyd edək ki, Fransada 2017-ci ilə qədər olan qanunvericiliyə əsasən, baş nazir seçkilərdə iştirak edən nazirlərlə bağlı nəticələri gözləyirdi. Seçkilərdə qələbə qazanmadıqda, nazirlər hökuməti tərk etməli olurdular.

Mart ayında keçiriləcək bələdiyyə seçkiləri üçün bir neçə nazir, eləcə də Baş nazir Eduard Filip namizədliyini irəli sürüb. Ancaq Avr şəhərindən namizədliyini irəli sürən Eduard Filip seçkilərdə qələbə qazanmasa belə, yeni qayda ilə tutduğu vəzifədə qalacaq.


Etiketlər:  Fransada seçkilərlə bağlı yeni qayda tətbiq olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ