Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda bəzi marşrutların hərəkət sxemində dəyişikdi

Bakıda bəzi marşrutların hərəkət sxemində dəyişikdi

Tarix: 7 Fevral 2020 13:36

Moskva prospekti ("Şamaxinka" adlanan ərazidə) yeni tikilən yerüstü piyada keçidinin dayaqlarının yerləşdiyi yerdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsindən A.Məhərrəmov küçəsinin kəsişməsinə qədər olan hissədə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumata görə, bu səbəbdən, həmin hissədə fəaliyyət göstərən marşrutların hərəkət sxemi aşağıda göstərilən qaydada təşkil edilib.

Həmin maşrut xəttləri bunlardır:

Marşrut № 18 və 65
20 Yanvar m.st - 9-cu mikrorayon istiqamətində : Moskva pr. - Mir Cəlal küçəsi, daha sonra öz xətti üzrə

Marşrut № 135
BDM Uni. - "Memar Əcəmi" m.st istiqamətində: Moskva pr. - R.Cəfərov küç. - 3 mikrorayon dairəsi, daha sonra öz xətti üzrə

Marşrut № 170
Binəqədi qəs. - "Memar Əcəmi" m.st istiqamətində: Moskva pr. - Mir Cəlal küç. - Asif Məhərrəmov küç. - 20 Yanvar küç., daha sonra öz xətti üzrə
"Memar Əcəmi" m.st - Binəqədi qəs. istiqamətində: 20 Yanvar küç. - Asif Məhərrəmov küç. - M.Cəlal küç. - Bakı-Sumqayıt şos., daha sonra öz xətti üzrə

Marşrut № 193
4-cü mikrorayon - Lökbatan NMM istiqamətində: 20 Yanvar küç. - Asif Məhərrəmov küç. - S.C.Pişəvari küç. - M.Həsənov küç, daha sonra öz xətti üzrə
Lökbatan NMM - 4-cü mikrorayon istiqamətində: R.Cəfərov küç. - Asif Məhərrəmov küç. 20 Yanvar küç., daha sonra öz xətti üzrə

Milli.Az


Etiketlər:  Bakıda bəzi marşrutların hərəkət sxemində dəyişikdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ