Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərişıq” təcili iclas keçirdi - Təhlükəli hava...

“Azərişıq” təcili iclas keçirdi - Təhlükəli hava...

Tarix: 7 Fevral 2020 16:00

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin 8-11 fevral 2020-ci ildə təzadlı dəyişəcəyi, 7-döən 8-nə keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında güclü küləyin başlanması ilə əlaqədar olaraq "Azərişıq" ASC gücləndirilmiş iş rejiminə keçib".

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, "Azərişıq" rəhbərliyi təcili iclas keçirib:

"Bununla əlaqədar "Azərişıq" rəhbərliyi və texniki departamentin əməkdaşlarının iştirakı ilə toplantı keçirilib və gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Toplantıda həmçinin güclü küləyin və yağışların olacağı ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib".

T.Mstafaeyv əlavə edib ki, "Azərişıq" rəhbərliyinin göstərişinə əsasən regionlarda növbətçilik yaradılıb: "Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı çağrı mərkəzinin əməkdaşlarının sayı artırılmasına qərar verilib. Qurum istehlakçılara müraciət edərək bildiririk ki, havaların küləkli-çovğunlu olduğu vaxtlarda yüksəkgərginlikli hava xətlərinin olduğu yerlərdən keçməsinlər və qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar".


Etiketlər:  Azərişıq təcili iclas keçirdi Təhlükəli hava


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ