Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2020 17:06
İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı futbolçusu açıqlanıb.
Qol.az xəbər verir ki, "Mançester Siti"nin hücumçusu Serxio Aquero ötən ayın ən yaxşısı seçilib.
Argentinalı futbolçu karyerasında 7-ci dəfə bu mükafata sahib çıxıb. Daha öncə Stiven Cerrardla ("Liverpul"), Harri Keyn ("Tottenhem") 6 dəfə bu ayın oyunçusu seçilmişdilər. 31 yaşlı futbolçu bu göstəricidə rekorda sahib olub.
Qeyd edək ki, Aquero ötən ay 3 oyuna 6 qol vurub.