Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Martin Saymon: Bakıda 21-ci əsrin muasir tullantı idarəetməsi sistemini yaradılacaq (FOTO)

Martin Saymon: Bakıda 21-ci əsrin muasir tullantı idarəetməsi sistemini yaradılacaq (FOTO)

Tarix: 17 Aprel 2019 13:42

Bakı. Samir Əli - Trend:

Bakıda 21-ci əsrin muasir tullantı idarəetməsi sistemini yaradılacaq.

Trend-in məlumatına görə, bunu Böyük Britaniya "Mott MacDonald" şirkəti rəhbərliyinin səlahiyyətli nümayəndəsi, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahatlar konsepsiyasının rəhbəri Martin Saymon keçirdiyi mətbuat konfransında deyib.

M.Saymon bildirib ki, 2018-ci ildə tullantı idarəetməsi xidmətlərinin qiymətləndirilməsi üçün təmsil etdiyi şirkət Bakıya dəvət edilib: "Məqsəd tərəfimizdən potensial təkmilləşdirilmə metodları təklif edərək tullantı idarəedilməsi sisteminin yüksək inkişafı üçün lazım olan məlumat bazasını əldə etməyə kömək edəcək pilot araşdırmalar layihəini hazırlamaq idi. Şirkətimiz tullantı və tullantıların yenidən emalını araşdırmaq üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə 2-ci dəfə əməkdaşlıq etməyə razılıq verib. Bu araşdırmalarin nəticələri Bakı şəhərində tətbiq olunaraq 21-ci əsrin muasir tullantı idarəetməsi sistemi yaradılacaq".

Şirkət rəsmisinin sözlərinə görə, Bakıda hər il təxminən 1,5 milyon ton tullantı yaranır. Bu rəqəmlər Bakı şəhəri genişlənib infişaf etdikcə daha da artacaqdır: "Bizim ilkin araşdırmalarımız onu göstərdi ki, Bakıda tullantı menecmenti sistemini təkmilləşdirmək vacibdir ki, bu, böyüyən və inkişaf edən şəhəri muasir ximətlərlə təmin etsin, həm ətraf mühitə, həm də iqtisadi inkişafa müsbət təsir göstərsin. Turizm sahəsində inkişaf edən, müxtəlif beynəlxalq tədbirlər keçirən, Ağ Şəhər kimi innovativ layihələrə imza atan bir şəhər kimi Bakıda yüksək səviyyəli tullantı idarəedilməsi sistemi əldə etmək zəruriyyəti yaradır. Bakı Şəhər İcra Hakimiyyəti sakinlər üçün tullantıların yığılması, çeşidlənməsi və idarəedilməsi sisteminin təkmilləşdirilməsində məqsədlidir və bizim "Mott MacDonald" şirkəti olaraq rolumuz bu hədəfin əldə edilməsində dəstək olmaqdır.

M.Saymon qeyd edib ki, Bakıda yeni tullantı yığılması sistemləri tətbiq ediləcək: "Bu, böyük miqdarda tullantıların poliqondan kənarlaşdırılmasına kömək edəcək. Son bir neçə ay ərzində nəzərə çarpacaq dərəcədə inkişaf əldə edilib, yeni konteynerlər əldə edilib və sakinlərin bildirdiyinə görə, bu, əvvəlki konteynerlərə nisbətən daha böyükdür. Mən hazırladığımız pilot layihələrin uğurla tərbiqinə inanıram. Ümid edirəm ki, Bakı sakinləri də şüşə, kağız, karton tullantılarını, plastik və dəmir içki qablarını çeşidləyib emal oluna bilən tullantılar üçün gətirilmiş yeni konteynerlərə ataraq Bakı Şəhər İcra Hakimiyyətinə kömək olacaqlar. Biz 20-30 faizlik tullantı diversiyası əldə etməyi hədəf tutmuşuq. Bu layihə uğurla nəticələnəcəyi halda ətraf mühit üçün böyük müsbət təsirlər, həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcək, reqiondakı digər şəhərlər üçün də gələcəkdə başlanğıc nöqtəsi olacaq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Martin Saymon Bakıda əsrin muasir tullantı idarəetməsi sistemini yaradılacaq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ