Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıt sakini Kürdəmirdə qəza törətdi - Ölən və yaralanan var

Sumqayıt sakini Kürdəmirdə qəza törətdi - Ölən və yaralanan var

Tarix: 8 Fevral 2020 13:36

Kürdəmir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata əsasən, fevralın 7-də saat 10 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində Sumqayıt şəhər sakini Aslan Nəsirov idarə etdiyi "Kia" markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, bir nəfər sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Etiketlər:  Sumqayıt sakini Kürdəmirdə qəza törətdi Ölən yaralanan


RƏYLƏR