Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2020 14:26
“Real”ın baş məşqçisi Zinəddin Zidan Qaret Beylin məşqindən narazıdır.
Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, fransalı mütəxəssis hesab edir ki, uelsli futbolçu zədəsini sağaltdıqdan sonra hazırlıqlar zamanı ürəkdən çalışmır.
Beyl yanvarın 22-dən bu yana, son 4 matçın heç birində iştirak etməyib. “Marca” yazıb ki, Zidan Beyli siyahıdan silməyib. Əgər o, məşqə münasibətini dəyişsə, bu halda yenidən heyətdə yer ala bilər.