Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada ən yeni texnologiyaların sınaqları üçün “superşəhər” tikiləcək

Yaponiyada ən yeni texnologiyaların sınaqları üçün “superşəhər” tikiləcək

Tarix: 8 Fevral 2020 23:16

Yaponiya Nazirlər Kabineti "superşəhər"in yaradılması haqqında qanun layihəsini təsdiqləyib. Bu barədə yerli "NHK" teleradio şirkətinin məlumatında deyilir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, plana görə, "superşəhər"də ən son şəhər texnologiyalarının sınaqlarının keçirilməsi nəzərdə tutulur. Məsələn, məhsullar pilotsuz uçan aparatlar vasitəsi ilə çatdırılacaq, küçələrdə avtomatik idarəetmə sistemli avtomobillər hərəkət edəcək, bütün ödənişlər isə nağdsız aparılacaq.

"Superşəhər"in yaradılması süni intellekt texnologiyalarının geniş istifadəsinə gətirib çıxaracaq dördüncü sənaye inqilabının inkişafı üçün əsas rol oynayacaq.


Etiketlər:  Yaponiyada yeni texnologiyaların sınaqları üçün superşəhər tikiləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ