Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İordaniyalı müşahidəçi: Məntəqələrdə seçicilər üçün hər şeyin yüksək səviyyədə təşkil edildiyinin şahidi oldum

İordaniyalı müşahidəçi: Məntəqələrdə seçicilər üçün hər şeyin yüksək səviyyədə təşkil edildiyinin şahidi oldum

Tarix: 9 Fevral 2020 16:30

Bu gün Azərbaycanda keçirilən seçkilər zamanı apardığım müşahidələr göstərir ki, hər şey normal vəziyyətdədir. Müxtəlif ölkələrdən müşahidəçilərin, jurnalistlərin prosesi izləməsi və işıqlandırması seçkilərin şəffaf keçməsinin əyani sübutudur.

Sonxeber.net bildirir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisə keçirilən seçkilərin gedişini izləyən iordaniyalı tarixçi Ömər Armuti bildirib.

Ömər Armuti deyib: "Səhər tezdən seçki məntəqələrində olduq. Məntəqələrdə seçicilər üçün hər şeyin yüksək səviyyədə təşkil edildiyinin şahidi oldum. Veb-kameraların quraşdırılması, siyasi partiyaların nümayəndələrinin prosesi izləməsi şəffaflığı daha da artırır. Seçkilər azad və sərbəst şəraitdə keçir. Parlament seçkilərinin belə uğurlu keçməsi bizi sevindirir. Bu seçkilər Azərbaycanın gələcək inkişafı baxımından önəm kəsb edir. Düşünürük ki, seçicilər layiqli namizədlərə seçəcəklər və Azərbaycanın gələcəyi daha parlaq olacaq. Azərbaycan xalqına, dövlətinə, hökumətinə nailiyyətlər arzulayıram".


Etiketlər:  İordaniyalı müşahidəçi Məntəqələrdə seçicilər üçün hər şeyin yüksək səviyyədə təşkil edildiyinin şahidi oldum


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ