Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 21:27
Azərbaycanda keçirilən parlament seçkiləri yüksək səviyyədə təşkil olunub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu seçkilərdə müşahidəçi qismində iştirak edən Belarusiyadan olan deputatlar Aleksandr Markeviç və Sergey Raçkov konfransda çıxışlarında deyiblər.
Aleksandr Markeviç seçki məntəqələrində qaydaların yüksək səviyyədə təşkil olunduğunu bildirib:
"Müşahidə etdiyimiz məntəqələrdə qayda pozuntusuna rast gəlmədik. Hər kəs tək-tək öz seçimlərini etmək üçün məntəqələrə gəlmişdilər. Necə deyərlər "toplu səsvermə" olmayıb.
Biz öz gözlərimizlə komissiyanın nə qədər ciddi işlədiyini gördük. Bu da onu göstərir ki, Azərbaycanda keçirilən parlament seçkiləri qeyti-dəqiq aparılmır. Hər şey şəffaf şəkildə təşkil olunub. Keçirilən seçkilərdən çox müsbət təəssüratlarla ayrıldıq".
Digər müşahidəçi Sergey Raçkov isə seçkilərin profesional şəkildə aparıldığını qeyd edib:
"Partiyaların nüçayəndələri çox aktiv idi. seçicilər də öz namizədlərini seçmək üçün məntəqələrə gəlirdilər. Demək olar ki, 12-yə yaxın seçki məntəqədində müşahidə apardıq. Bizim tərəfimizdən heç bir qanun pozuntusu olmayıb.
Yerli müşahidəçilərlər və vətəndaşlarla söhbət etdik. Onlar Belarusiyada seçkilərin necə keçirilfiyini soruşdular. Çox maraqlı endiyyətlər oldu. Mən Azərbaycan xalqını keçirilən seçkilərlə bağlı təbrik edirəm".