Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İddia olunan qanun pozuntuları araşdırılacaq, kəskin addımlar atılacaq - Rövzət Qasımov

İddia olunan qanun pozuntuları araşdırılacaq, kəskin addımlar atılacaq - Rövzət Qasımov

Tarix: 10 Fevral 2020 15:54

Fevralın 9-da keçirilən parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) "Qaynar xətt"inə 280-ə yaxın müraciət daxil olub.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu jurnalistərə açıqlamasında MSK-nın sədr müavini Rövzət Qasımov deyib.

R.Qasımov bildirib ki, müraciətlərin bir qismi texniki sorğu xarakterli olub. Onun sözlərinə görə, bununla barəbər MSK üçün araşdırma başlamağa səbəb olacaq müəyyən məlumatlar da var:

"Qaynar xətdə daxil olan məlumatlar rəsmi olmasa da, MSK bütün məlumatlara tam ciddiliyi ilə, diqqətlə yanaşır. MSK-ya daxil olan hər xırda eyham belə ətraflı şəkildə araşdırılır. Yaxın günlərdə MSK-nın araşdırmalarının nəticələrinə addekvat addımların, hətta kəskin qərarların şahidi ola bilərsiniz".

R.Qasımov əlavə edib ki, iddia olunan qanun pozuntular araşdırılmalıdır:

"Nəticələrin etibarsız sayılması, hətta cinayət kimi səciyyələndirilə bilən hallar aşkarlanarsa, MSK tərəfindən müvafiq qurumlara müraciətlər ünvanlanacaq. Çünki MSK-nın ən ümdə məqsədi namizədlərin bərabər şərtlərlə bu seçki kampaniyasında iştirakı və səsvermə günü ədalətli rəqabət nəticəsində hər kəsin öz səsinə sahib olması idi".


Etiketlər:  İddia olunan qanun pozuntuları araşdırılacaq kəskin addımlar atılacaq Rövzət Qasımov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ