Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Rəhbərliyin qərarını gözləyirəm" - Ayxan Abbasov

Tarix: 21 May 2019 15:36

"Hələ ki, rəhbərliklə görüşməmişəm. Yəqin ki, 1-2 günə bütün suallara aydınlıq gələr".

Bu sözləri Qol.az-a açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib. Ölkə kubokunun finalında "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra istefa verə biləcəyini açıqlayan mütəxəssis rəhbərliyin qərarını gözlədiyini söyləyib:

"Klub rəhbərliyinə şərtlərimin hamısını deməmişəm. Yeni mövsüm üçün büdcə təsdiq olunandan sonra bu barədə danışmaq olar. Onların qərarını gözləyirəm. Mənim istəyim iddialı komanda qurmaqdır. Bunun üçün də yaxşı oyunçular lazımdır. Müqaviləsi başa çatan bəzi futbolçular var ki, onların komandada qalmasını istərdim. İddialı olmaq istəyiriksə, güclənməliyik. Burada söhbət əcnəbi futbolçuların alınmasından getmir. Legionerlərin olmamağı elə də ciddi problem deyil".

Qeyd edək ki, Ayxan Abbasov ötən ilin noyabr ayından "Sumqayıt"ı çalışdırır.
 


Etiketlər:  Rəhbərliyin qərarını gözləyirəm Ayxan Abbasov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ