Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messi 19 yaşlı Sançoya çatdı

Messi 19 yaşlı Sançoya çatdı

Tarix: 10 Fevral 2020 20:26

La Liqanın 23-cü turunda "Barselona" səfərdə "Betis"ə 3:2 hesabı ilə qalib gəlib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki,Kataloniya klubunun hər üç qolunun ötürməsini Lionel Messi verib. Bununla da argentinalı futbolçu hazırkı çempionatda verdiyi qol ötürmələrinin sayını 11-ə (18 oyunda) çatdırıb. O, həmçinin 14 qol vurub.

Bu göstərici ilə Messi Avropanın  TOP-5 liqasında qol və qol ötürməsində 10+-ə nail olan ikinci futbolçu olub. Daha əvvəl "Borussiya" Dortmundun 19 yaşlı oyunçusu Ceydon Sanço 19 bundesliqa matçında 12 qol vurmuş və 13 qolun ötürməsini etmişdi.


Etiketlər:  Messi yaşlı Sançoya çatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ