Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Poco brendi Pocophone F1-in əsl davamçısı üzərində çalışır

Poco brendi Pocophone F1-in əsl davamçısı üzərində çalışır

Tarix: 11 Fevral 2020 08:08

Xiaomi şirkətinin müstəqil brendi kimi fəaliyyət göstərən Poco-nun yeni smartfon modeli olan Poco X2-nin təqdimatından sonra istifadəçilər narazı qaldılar. Bəli, smartfon heç də pis olmayan texniki özəlliklərə sahibdir. Lakin istifadəçilər Poco-dan Pocophone F1 səviyyəsində smartfon gözləyirdilər. Yəni flaqman texniki özəlliklərə və aşağı qiymət göstəricisinə sahib bir smartfon. Poco brendi istifadəçilərin bu istəyini anlayır və Poco F1-in davamçısı üzərində çalışır.

Sonxeber.net technote.az-a istinadən bildirir ki, məşhur hindistanlı insayder Suhanshu Ambhore-nin verdiyi məlumata əsasən sözügedən brend hal hazırda məhz Poco F2 üzərində çalışır. Bu barədə Gagadget saytı xəbər verib. İnsayder Poco F2-nin dəqiq təqdimat tarixi barəsində məlumat verməyib. Lakin o qeyd edib ki, smartfon təqribi olaraq bu ilin aprel ayında təqdim olunacaq. Smartfonun texniki özəllikləri barəsində də heç bir məlumat yoxdur. Lakin güman etmək olar ki, o, yeni Snapdragon 865 prosessoru vasitəsilə çalışacaq.


Etiketlər:  Poco brendi Pocophone əsl davamçısı üzərində çalışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ