Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 11:30
"Yuventus" "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola ilə maraqlanır.
Qol.az "The Sun"a istinadən xəbər verir ki, Turin klubunun prezidenti Andrea Aqnelli hazırkı baş məşqçi Maurisio Sarrini istefaya göndərib, bu vəzifəyə 49 yaşlı mütəxəssisi gətirmək istəyir. Onun Qvardiolanın komandanı Çempionlar Liqasında çoxdan gözlənilən qələbəyə aparacağına inandığı bildirilib.Əgər Pep İtaliyaya köçmək istəsə, o "Yuventus”a öz şərtlərini diktə edə biləcək.
Qeyd edək ki, Qvardiolanın "Mançester Siti" ilə hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Xatırladaq ki, Turin klubunun son nəticələri ilə əlaqədar rəhbərlik Sarrini istefaya göndərməyi düşünür.