Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 13:40
"Yuventus"un sabiq prezidenti Covanni Kobolli Gigli komandanın futbolçusu Miralem Pyaniç haqda danışıb.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, bosniyalı yarımmüdafiəçini "Mozzarella" pendirinə bənzədib:
"Pyaniç "Mozzarella"ya bənzəyir. Yorğun görünür, bəlkə də istirahətə ehtiyacı var. Komandada, xüsusilə də yarımmüdafiə xəttində böyük problemlər var. Sarrini hər zaman tənqid etmişəm. Amma bir az problem olan kimi kiminsə qovulmağından xoşum gəlmir".