Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi İtaliya klubuna keçsə... – 350 milyon

Messi İtaliya klubuna keçsə... – 350 milyon

Tarix: 11 Fevral 2020 17:34

İtaliyanın "Tuttosport" nəşri ölkənin futbol klublarına "Barselona"nın futbolçusu Lionel Messini transfer etmək üçün tələb ediləcək məbləği açıqlayıb.

Qol.az xəbər verir ki, bildilib ki, xərc məsələsi tamamilə argentinalı hücumçunun imic hüquqlarının qiymətindən asılıdır.

Qeyd olunub ki, Messi Kataloniya təmsilçisində vergiləri çıxmaq şərti ilə illik 35 milyon avro maaşı alır.  Hesab edilir ki, o, başqa kluba keçsə, bu, minimal maaş olacaq. Başqa kluba transfer olunsa, onun illik gəliri vergi ödənişləri nəzərə alınmaqla, təqribən 66 milyon avroya başa gələcək. Əgər "Yuventus" vergi payını azaltmağa çalışsa, maaş illik 51 milyon avro təşkil edəcək.

Beləliklə, 32 yaşlı oyunçunun keçidindən sonra xərclərin cəmi ildə 86 milyon 91 milyon avroya qədər ola bilər. Bu halda Messi ilə 4 illik müqavilə üçün İtaliya klublarına 350-365 milyon avro lazım olacaq.

Qeyd edək ki, "Barselona"nın idman direktoru Ared Brayd müsahibəsində Messini "Yuventus" və "İnter"in ala biləcəyini söyləyib.

Xatırladaq ki, İspaniya mətbuatı son günlərdə “Barselona” rəhbərliyi ilə problemləri olan Messinin Kataloniya klubundan ayrıla biləcəyini yazmışdı. Ancaq onun ən azı müqaviləsinin müddəti bitənə - 2021-ci ilin yayına kimi “Barselona”da oynamağa qərar verdiyi bildirilir.

 


Etiketlər:  Messi İtaliya klubuna keçsə 350 milyon


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ