Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 04:32
Fransada martın 15 və 22-də iki turdan ibarət bələdiyyə seçkiləri keçiriləcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, seçkilərə bir neçə həftə qalmasına baxmayaraq, bəzi kommunalarda namizədlər yoxdur.
2014-cü il bələdiyyə seçkilərinin 1-ci turunda 62 kommunadan namizəd olmasa da, 2-ci turda bunlardan 57-si namizədlərini təqdim edərək seçkilərdə iştirak edib.
Kommunalardan namizəd olmadığı təqdirdə prefektura 3-dən 7 nəfərə qədər üzvü olan xüsusi nümayəndə heyəti təyin edir. Bu heyətin funksiyası məhdud olur və o, yalnız gündəlik idarəçilik funksiyasını yerinə yetirə bilir. Xüsusi nümayəndə heyətlərinin yaradılması mümkün olmadıqda bəzi kommunalar birləşdirilir.
Fevralın 27-dək vətəndaşlar bələdiyyə seçkilərinə namizədliklərini irəli sürə bilərlər.
Fransada 2019-cu ildə 34 min 970 kommuna olub ki, bu da 2018-ci illə müqayisədə 387, 2012-ci illə isə 1730 kommuna az deməkdir.