Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 15:48
“Bavariya”nın yayda yollarını ayıracağı ilk futbolçu müəyyənləşib.
Qol.az “Bild” nəşrinə istinadən xəbər verir ki, bu, Korentin Tolissodur. Baş məşqçi Hansi Flikin etimanıdı qazana bilməyən 25 yaşlı yarımmüdafiəçinin satılacaq oyunçular siyahısında birinci olduğu bildirilir.
Qeyd edək ki, “Bavariya” Tolissonu 2017-ci ilin yayında “Lion”dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm Bundesliqada 10 oyunda iştirak edib.