Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İspaniyada güclü fırtınalar qlobal istiləşmə ilə bağlıdır

İspaniyada güclü fırtınalar qlobal istiləşmə ilə bağlıdır

Tarix: 12 Fevral 2020 22:16

Qlobal iqlim dəyişiklikləri səbəbindən "Qloriya" fırtınası kimi hava hadisələri İspaniyada daha tez-tez baş verəcək. Bu barədə İspaniya Coğrafiyaçıları Assosiasiyasının rəhbəri Xorxe Olsina xəbərdarlıq edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, X.Olsinanın sözlərinə görə, "Qloriya" fırtınası Şimali Atlantik hava axınındakı dəyişikliklərlə birbaşa bağlıdır. Bu hava axını daha aşağı yüksəkliklərdə dövr etməyə başlayır və Avropaya qeyri-səciyyəvi hava şəraiti gətirir. Bu, bilavasitə qlobal istiləşmə ilə bağlıdır.

"Qloriya" fırtınası nəticəsində İspaniyada 13 nəfər həlak olub. Ölkədə hazırda yeni - "Siara" siklonu baş qaldırıb. X.Olsinanın proqnozlarına görə bu təbiət hadisələri daha tez-tez baş verəcək. "Bizim əlimizdən yalnız fırtınaya müqavimət göstərmək üçün hazırlaşmaq gəlir", - deyə ekspert sözünə yekun vurub.

Milli.Az


Etiketlər:  İspaniyada güclü fırtınalar qlobal istiləşmə ilə bağlıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ