Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 15:04
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərkimya" İstehsalat Birliyinin tərkibindəki istehsal sahələrinin modernləşdirilməsi bu ilin üçüncü rübündə tam başa çatacaq.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu "Etilen-polietilen" zavodunun baş mühəndisinin modernləşdirmə üzrə müavini Qadir Əliyev mətbuat üçün təşkil olunmuş tur zamanı deyib.
Onun sözlərinə görə, zavodda modernləşdirmə işləri 2017-ci ildə başlayıb və aktiv mərhələyə daxil olub:
"Modernləşdirmə çərçivəsində işlərin 94 faizi başa çatıb. Hazırda quraşdırma üzrə ilkin işlər başlayıb. Modernləşdirmə üzrə baş podratçı "Technip" şirkəti, subpodratçılar "Üstay" və "Asfen" şirkətləridir".