Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2019 23:42
Bakı. Xeyrəddin Nəsirzadə - Trend:
Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarına əsasən bu gündən etibarən Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (AzerInsurance) İcbari Sığorta Bürosunun informasiya sisteminə girişinə icazə verilib.
Bu barədə Trend-ə İcbari Sığorta Bürosundan məlumat verilib.
Xatırladaq ki, İcbari Sığorta Bürosu Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarına əsasən 17 may 2019-cu il tarixindən etibarən Dövlət Sığorta Kommersiya Şirkətinin informasiya sisteminə girişini məhdudlaşdırmışdı.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin