Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Resident Evil serialının süjet detalları şəbəkəyə sızdırdı – Netflix “qəzəbləndi”

Resident Evil serialının süjet detalları şəbəkəyə sızdırdı – Netflix “qəzəbləndi”

Tarix: 13 Fevral 2020 21:12

Bu yaxınlarda "Netflix" tərəfindən istehsal olunan "Resident Evil" serialı haqqında məlumatlar internetdə yayılıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, serialın süjeti barədə yayımlanan məlumat səlahiyyəti olan "Netflix" şirkəti tərəfindən silinib.

"Netflix" tərəfindən silinən mənbəyə görə, "Resident Evil"ə əsaslanan serialın əsas personajları  Albert Veskerin iki qızı - Ceyd və Billi olacaq. Qeyd etmək lazımdır ki, film məşhur franşizanın qanunları üzərində qurulmayacaq. İnsayderin sözlərinə görə, 2022-ci ilə aid süjetdə Vesker və qızları Raccom 2 şəhərinə köçəcəklər və süjet xətti məhz bunun üstündə qurulacaq.

Filmin əsas hadisələri 2036-cı il üçün nəzərdə tutulub - dünya altı milyarda yaxın zombilər tərəfindən tutulur. Sağ qalan insanlar dünyanın müxtəlif sivilizasiya mərkəzlərində məğlublar kimi yerləşirlər.

Məlumatı yayan insayderdən müsahibə alan "Splash Report" müsahibənin videosunu silərək əvəzində belə yazıb: "Netflix-in istəyi ilə süjet təfərrüatlarını çıxartmalı olduq, oxuculardan üzr istəyirik".


Etiketlər:  Resident Evil serialının süjet detalları şəbəkəyə sızdırdı Netflix qəzəbləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ