Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlar arasında qaraciyər xəstəliklərinin yayılmasının ƏSAS SƏBƏBLƏRİ

Uşaqlar arasında qaraciyər xəstəliklərinin yayılmasının ƏSAS SƏBƏBLƏRİ

Tarix: 14 Fevral 2020 09:15

Azərbaycanda uşaqlar arasında qaraciyər xəstəliklərinin yayılmasının əsas səbəbləri açıqlanıb.

Sonxeber.net xəbər verir ki, Səhiyyə Nazirliyinin Transplantologiya İşinin Təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi Trend-ə bildirib ki, uşaqlarda qaraciyər çatışmazlığının yaranmasının ən əsas səbəbləri "Wilson" xəstəliyi (qaraciyərdə misin toplanması), daha sonra anadangəlmə metobolik xəstəliklər, anadangəlmə öd yollarının olmaması, yaxud qüsurlu olmasıdır:

"Metobolik xəstəliklərə daha çox qohum evliliklərindən dünyaya gələn uşaqlarda rast gəlinir. Qohum evlilikləri uşaqlarda anadangəlmə qaraciyər xəstəliklərinin yaranmasına zəmin yaradır. Bu cür nikahlar gələcəkdə uşaqların belə xəstəlik ilə doğulması üçün sadəcə risk faktorudur. Lakin qohumluq əlaqələri ilə qurulan çoxlu sayda ailələr var ki, onlarda sağlam uşaq doğulur. Olduqca yaxın, genetik qohumluq əlaqələri ilə qurulan evliliklərdə belə hallara daha çox rast gəlinir".

M.Kazımi əlavə edib ki, Azərbaycanda qohum evliliklərinə görə bir ailədə bir və ya bir neçə uşağın qaraciyər xəstəlikləri ilə üzləşməsi halları var:

"Məsələn, qanlarında yağların miqdarının yüksək olduğu hipolipidemik xəstələrin ailələrinin bir neçə üzvündə qaraciyər çatışmazlığı olur. Qaraciyərində mis yığılan "Wilson" xəstələrində də bu problem ailənin bir neçə üzvündə müşahidə edilir".


Etiketlər:  Uşaqlar arasında qaraciyər xəstəliklərinin yayılmasının ƏSAS SƏBƏBLƏRİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ