Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 11:40
PSJ-nin baş məşqçisi Tomas Tuhel futbolçusu Neymar haqda danışıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, o, zədəli hücumçunun Çempionlar Liqasının 1/8 finalında Dortmund "Borussiya"sı ilə ilk matçda oynayıb-oynamayacağının məlum olmadığını deyib: "Borussiya"ya qarşı oynayacağını 100 faiz deyə bilmərəm. Bununla bağlı müzakirəmiz olacaq və yekun qərar verəcəyik. Risk edə bilmərik".
Qeyd edək ki, PSJ - "Borussiya" görüşü fevralın 18-i keçiriləcək.