Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Oğlumdan sonra daha ailəcanlı olmuşam''

''Oğlumdan sonra daha ailəcanlı olmuşam''

Tarix: 14 Fevral 2020 15:50

Əməkdar artist Abbas Bağırov oğlu Muraddan söz açıb.

Sonxeber.net bildirir ki, bu barədə axşam.az-a danışan ifaçı fərqli hisslər yaşadığını dilə gətirib:

"Oğlumun dünyaya gəlişi məni çox dəyişib. Görürəm ki, subay Abbasla ata olan Abbas arasında çox fərq var. İndi daha məsuliyyətliyəm. Hiss edirəm ki, artıq hər şeyə daha ciddi yanaşıram. Daha ailəyə yaxın və ailəcanlı olmuşam".

Qeyd edək ki, A.Bağırov 2017-ci ilin noyabrında ailə qurub. Onun övladı isə 2018-ci ilin sentyabrında dünyaya gəlib. Ötən il müğənni oğluna keçirdiyi böyük ad günü ilə gündəmə gəlmişdi. Bağırovun ilk nikahdan bir qız övladı da var.


Etiketlər:  Oğlumdan sonra daha ailəcanlı olmuşam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ