Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 21:36
Çində koronovirusla mübarizə aparan tibbi heyətin 1712 üzvünün artıq adıçəkilən virusa yoluxduğu təsdiqlənib. Onlardan altısı artıq dünyasını dəyişib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çinin Sağlamlıq Komissiyası məlumat yayıb.
Hazırda Çində virusla mübarizədə ən böyük problemlərdən xüsusi qoruyucu maskaların və digər geyimlərin çatışmamasıdır. Onların lazımi sayda istehsalı hazırkı vəziyyətdə qeyri-mümkündür. Bu səbəbdən də tibbi heyət eyni qoruyucu maska, geyim və digər vasitələrdən təkrarən istifadə etməli olur. Bu da virusa yoluxma riskini artırır.