Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 21:56
Özbəkistanın Buxara şəhərinin qədim hissəsində, Molla Payravi məscidində yenidənqurma və bərpa işləri zamanı 13/48 santimetr ölçüdə düzbucaqlı qəbir daşı aşkar olunub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Özbəkistan Mədəniyyət Nazirliyi yanında Mədəni İrs Departamentinin əməkdaşları qəbir daşını öyrənmək üçün Elmlər Akademiyasının Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutuna göndəriblər. İnstitutda daşın üzərindəki epitafiyanı oxumaq mümkün olub.
Daşın üzərində ərəb hərifləri ilə "Hicri 563-cü il rəcəb ayında (yeni təqvimlə 1168-ci ilin may ayı) burada "Əl-fakix Əhməd Ammor əl-Ənsəri dəfn olunub" sözləri yazılıb. Hazırda alimlər bu adamın şəxsiyyətini müəyyənləşdirirlər.
Alimlərin fikrincə, bu, çox nadir tapıntıdır. Çünki indiyədək hesab olunurdu ki, belə kiçik ölçüdə qəbir daşları ancaq Səmərqənd, Fərqanə və Daşkənddə mövcuddur. Belə bir qəbir daşının Buxarada aşkar edilməsi Özbəkistan tarixində ilk hadisədir.