Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 09:46
“Mançester Siti” UEFA-nın qərarından Beynəlxalq Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcək.
Qol.az xəbər verir ki, bu haqda klubun yaydığı bəyanatda bildirilib.
Qitənin ali futbol qurumu klubun maliyyə feyr-pley qaydalarını pozmasını əsas gətirərək “Siti”ni 2020/2021 və 2021/2022 mövsümləri üçün Avropa kuboklarından kənarlaşdırıb. Bundan başqa, Premyer Liqa təmsilçisi 30 milyon avro məbləğində cərimələnib.
Qərardan narazılığını bildirən “Mançester Siti” CAS-a şikayət verəcəyini açıqlayıb.