Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 10:24
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də 47 cinayətin üstü açılıb. Onlardan 20-si əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.
Sonxeber.net xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 36 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 5, oğurluq üzrə 12 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.