Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 11:06
Britaniyalı maliyyə eksperti Kiran Maquayr deyib ki, UEFA-nın “Mançester Siti”ni iki mövsüm Avropa kuboklarından uzaqlaşdırmasına görə klub 300 milyon funt (361 milyon avro) itirəcək.
Qol.az xəbər verir ki, “Sky Sports”a müsahibəsində o deyib ki, bu cəza “Siti”nin gələcəyinə ciddi təsir göstərə bilər.
“Mançester Siti” Çempionlar Liqasında iştirak etmədiyinə görə UEFA-dan 100 milyon funta yaxın pul ala bilməyəcək. Bundan başqa, ev matçlarından klubun 30-40 milyon gəliri olurdu ki, klub bunu da itirəcək. Həmçinin bəzi sponsorlarlar avrokuboklarda iştirak etmədiyinə görə “Mançester Siti” ilə əməkdaşlığı dayandıracaq. Bir mövsümdə 150 milyon funta yaxın itki bir klub üçün ciddi zərbədir” – deyə o qeyd edib.
Xatırladaq ki, UEFA 2012-16-cı illərdə maliyyə feyr-pley qaydasını pozduğu üçün “Mançester Siti”ni qarşıdakı 2 mövsümdə Avropa kuboklarına buraxmamaq haqda qərar verib.