Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 12:14
"Tottenhem"in baş məşqçisi Joze Mourinyo Premyer Liqanın oyun təqvimindən şikayətlənib.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, London təmsilçisi fevralın 16-sı yerli çempionatda, 18-i isə Çempionlar Liqasında pley-off oyununa çıxacaqlar. 56 yaşlı mütəxəssis matçlar arasında cəmi 2 gün fərq olduğu üçün bazar günü Premyer Liqada oyun keçirmələrini düzgün hesab etmir:
"Cümə günü "Lester" "Vulverhempton"la oynayır. Niyə? Gələn həftə Çempionlar Liqasında qarşılaşmaları var? Yox. Çərşənbə axşamı Çempionlar Liqasında oyuna çıxacaq yeganə ingilis komandasıyıq. Ancaq cümə və şənbə günü yox, bazar günü matça çıxırıq. Fevralın 16-da Premyer Liqada, 18-də Çempionları Liqasında oyunumuz var. Bu, yaxşıdır? Məncə, yox".