Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 21:26
"Önəmli həftə idi. Xal fərqini artıra bilərdik. Yuxarı pillələrə yaxınlaşmaq şansımız var idi. Rəqibi bilirdik. Futbolçulara da demişdik ki, son oyunlar kompakt oynayırlar. Bu gün də fərqli sistemdə oynadılar. Rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdik. Bəzi futbolçuların oyunları alınmadı. Hər dəfə yaxşı oynamaq olmur. Çalışacağıq ki, bu oyundan dərs çıxaraq. Gələn tur səfərdə vacib oyunumuz var".
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 17-ci turunda "Sabah"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Arxayınlaşma yox idi. Bir qələbədən sonra arxayınlaşırıqsa, bu, bizim zəifliyimizdir. Rəqib nə "Neftçi", nə də "Zirə" kimi oynadı. Müdafiədə yaxşı idilər. Əks-hücumlara bel bağlayırdılar. Əsas odur ki, bu, sonuncu olsun. Oyunumuza elə də bərbad deməzdim. Hücumlarımız da var idi, ancaq az oldu. Burada günahkar axtarmıram. Bu futbolçulara inanıram. Bu gün istədiyimiz hücumu qura bilmədik. Hər komanda bütün oyunlarda qalib gəlmək istəyir" - deyə o bildirib.