Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 22:21
"Uşaqda lyambliozun diaqnozu təsdiqləndikdə ailənin bütün üzvləri müalicə olunmalıdır".
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr, uzman həkim Ülvi Əliyev açıqlayıb.
Onun sözlərinə görə, lyamblioz dünya əhalisinin çox hissəsində görülən, təkhüceyrəli orqanizm olan lyambliya tərəfindən törədilən bağırsaq parazitozudur.
Diaqnostikası nəcis və bağırsaq möhtəviyyatının mikroskopik müayinəsi və PZR analizi ilədir. Böyüklərə nəzərən uşaqların infeksiyaya yoluxması və bağça, məktəb kimi ümumi kollektivlərdə lyamblioza yoluxma riski daha çoxdur ( 30-50%).
Uşaqlar fekal-oral yolla yoluxur. Parazitlərin sistası mədə-bağırsaq traktına su, qida, ümumi oyuncaq, qab və gigiyena vasitələri, çirkli əl və s. vasitəsilə keçə bilər. Şikayətlər:
- İshal
- Qarın ağrısı
- Şişkinlik
- Bulantı
- İştahsızlıq və s.
Müalicəsi parazitin orqanizmdən çıxarılması, klinik əlamətlərin aradan qaldırılması ilə aparılır. Uşaqda lyambliozun diaqnozu təsdiqləndikdə ailənin bütün üzvləri müalicə olunmalıdır.