Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 23:36
Sonxeber.net gencaile.az-a istinadən bu dəfə sizi yerkökü salatının necə hazırlanması ilə tanış edir.
Ərzaqlar:
- 8 ədəd yerkökü
- 5 xörək qaşığı zeytun yağı
- Təxminən 2 stəkan qatıq
- 4 diş sarımsaq
- Duz
- Doğranmış şüyüd, bəzəmək üçün (mütləq deyil)
Hazırlanması:
Yerkökülərin qabığını soyun və sürtkəcin iri dişindən keçirin
Tavada zeytun yağını qızdırın.
Yerkökünü yağa əlavə edib, tez-tez qarışdıraraq yerkökülər yumuşalanadək təxminən 10 dəqiqə bişirin. Yerkökülər bir qədər diri qalmalıdırlar. Kənara çəkib, yerköküləri iri qarışdırma qabına qoyub soyudun.
Sarımsağı əzin. Bir qabda qatıqla sarımsağı qarışdırın və soyumuş yerköküyə əlavə edin.
Zövqə görə duz vurun və yaxşıca qarışdırın.
Lazımdırsa, bir az da qatıq qatın - salat quru olmamalıdır.
Salatı bir az soyuducuda saxlayın.
Süfrəyə verməzdən əvvəl, istəyə görə üzərinə şüyüd səpə bilərsiniz.