Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2020 16:24
Karantin altında olan "Diamond Princess" kruiz gəmisində daha 70 nəfərin koronavirusa (COVID-19) yoluxduğu aşkarlanıb.
Sonxeber.net bildirir ki, APA-nın "Alman dağlası"na istinadən verdiyi məlumata görə, bunu Yaponiya Səhiyyə naziri Katsunobu Kato bildirib.
Bununla da gəmidə virusa yoluxanların sayı 355 nəfərə çatıb.
Qeyd edək ki, Yaponiyaya məxsus "Diamond Princess" kruz gəmisində 2500 turist və 1000 heyət üzvü var. Onların arasında Rusiya, Ukrayna və Almaniya vətəndaşları da yer alıb. Gəmi koronavirus aşkarlanan Honkonqa səfər etdikdən sonra karantin altına alınıb. Gəmi Yaponiyanın İokoqama limanındadır.
Karantin müddətinin fevralın 19-dək uzadılması gözlənilir.