Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2020 10:58
Azərbaycan Premyer Liqasının 17-ci turunun “Zirə” – “Qarabağ” oyununda 6:0 hesablı qələbə qazanan qonaqların 6 futbolçusu qol sevinci yaşayıb.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Ağdam təmsilçisinin ölkə çempionatlarındakı çıxışları tarixində ikinci belə hadisədir. İndiyədək yalnız bir dəfə “Qarabağ”ın 6 üzvü eyni matçda qol vurub.
2012-ci il avqustun 19-da “Sumqayıt”la səfər oyununda 6:1 hesabı ilə qalib gələn komandanın qollarına fərqli futbolçular imza atmışdı. Həmin vaxt Riçard Almeyda, Rəşad Sadiqov birinci, Vüqar Nadirov, Muarem Muarem, İlqar Qurbanov və Namiq Yusifov ikinci hissədə fərqlənib.