Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Poqba “Mançester''in futbolçusudur, Rayolanın yox'' - Sulşer

''Poqba “Mançester''in futbolçusudur, Rayolanın yox'' -  Sulşer

Tarix: 17 Fevral 2020 12:50

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer futbolçusu Pol Pogbanın “Yuventus”a keçəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.az xəbər verir ki, o, “goal.com”a açıqlamasında fransalı yarımmüdafiəçinin agenti Mino Rayolanın Poqbanın Turin klubu ilə danışıq aparması ilə bağlı dediyi sözlərə də cavab verib:

“Mən Rayola ilə Pol haqda danışmamışam. Poqba “Mançester Yunayted”in futbolçusudur, Rayolanın yox. O, sağalanda komandaya kömək etmək üçün meydana çıxacaq və əminəm ki,  yenidən komandamız üçün oynamaq istəyəcək".

Sulşer Poqbanın meydana çıxacağı vaxtın hələlik məlum olmadığını da qeyd edib: “Poqba bilir ki, əvvəlki formasını bərpa etmək üçün çox çalışmalıdır. Əlbəttə, ən yaxşı futbolçunun zədələnməsi xoşagəlməz haldır. Ancaq bu da futbolun bir hissədir”.


 


Etiketlər:  Poqba Mançesterin futbolçusudur Rayolanın Sulşer


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ