Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2020 21:30
Mərkəzi Asiyanın məşhur müğənnisi və aktrisası Şahzoda (Özbəkistan) La Liqanın ikinci liqasının 24-cü turunda bu gün keçirilən "Kadiz" - "Malaqa" matçında iştirak edib.
Bu haqda Qol.az-a La Liqanın Mərkəzi Asiya üzrə nümayəndəsi Khais Rahmanie məlumat verib.
Bu səfər La Liqanın Mərkəzi Asiya ölkələrinə genişlənməsi təbliğatı çərçivəsində təşkil olunub.
Özbək müğənni "Kadiz"in rəsmi nümayəndələri tərəfindən qarşılanıb və Kadizdəki "Karranza" stadionuna aparılıb. Burada futbolçular və mütəxəssislərlə görüşən Şahzoda daha sonra Kadiz turu vasitəsi ilə ispan mədəniyyəti və ənənəsi ilə tanış etdirilib.
Bu görüşlə bağlı fikirlərini söyləyən La Liqanın nümayəndəsi Khais Rahmanie bildirib ki, La Liqanın Mərkəzi Asiyadakı strategiyasının gedişləndirməyə davam edəcəklər:
"Təxminən 200 milyon əhalisi olan və böyük bir tarixə sahib bir ərazidə fəaliyyət göstəririk. Burada futbolun böyüməsi maneəsizdir. Bu hadisə LaLiga Qlobal Şəbəkə layihəsi çərçivəsində La Liqanın beynəlxalq miqyasda genişlənməsinin nəticəsidir. Bu, 2017-ci ildə başlayıb. O vaxtdan bəri Daşkənddəki yoldaşlıq oyunu keçirdik, bir çox əhəmiyyətli tədbir təşkil etdik. Həmçinin buradakı Mərkəzi Asiyanın ən böyük stadionunda 13 min tamaşaçı böyük monitorlar vasitəsi ilə El Klassikonu izləyiblər".
Yuxarı