Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ata onu döyən oğlunu odlu silahla qətlə yetirdi

Ata onu döyən oğlunu odlu silahla qətlə yetirdi

Tarix: 18 Fevral 2020 11:16

Türkiyənin Trabzon şəhərində ata oğlunu odlu silahla qətlə yetirib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə Trabzonun Tonya rayonunda baş verib. İshak Zaman adlı şəxslə oğlu Ali Zaman arasında mübahisə olub. Mübahisə böyüyüb və oğul atasını döyməyə başlayıb. Bu zaman İshak Zaman silaha əl ataraq oğlunu tapança ilə vurub.

Qonşuların polisə xəbər verməsindən sonra hüquq-mühafizə orqanları əməkdaşları dərhal hadisə yerinə yollanıb. Güllə yarası alan Ali Zaman hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma başlayıb.


Etiketlər:  döyən oğlunu odlu silahla qətlə yetirdi


RƏYLƏR